Azərbaycanda yeni gürzə növü tapılıb

Azərbaycanda yeni gürzə növü tapılıb
13:28 13 Noyabr 2015
85 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun herpetologiya laboratoriyasının əməkdaşları Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü - lotiyev başıqalxanlısı (Pelias lotiyevi) aşkarlanıb. Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu ərazilərdən Dağıstan-Azərbaycan sərhədinədək uzanan kserofit dağlıq ərazilərini əhatə edir.
Lotiyev başıqalxanlısının Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması ehtimal olunurdu. Əldə edilən tapıntı sübut edir ki, lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.
Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonunda dəniz səviyyəsindən 1.900-2.300 metr hündürlükdə yerləşən subalp dağlıq ərazilərində - Xınalıq kəndi ətrafında rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_yeni_gurze_novu_tapilib-901685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR