Kriştiano Ronaldo 19 milyon avroya təyyarə aldı (FOTOLAR)

"Real"ın forvardı Kriştiano Ronaldo "Gulfstream G200" adlanan təyyarəni 19 milyon avroya alıb.

Təyyarə eyni zamanda 10 nəfər insanı daşımaq gücündədir. "Gulfstream G200"ün içərisində vanna otağı, sərnişinlər və ekipaj üzvləri üçün tualetlər, qarderob, mətbəx, telefon və internetə çıxış var.

Ronaldo ilk uçuşunu yaxın zamanlarda reallaşdırıb. O, filminin təqdimatının keçirildiyi Londona getmək üçün məhz "Gulfstream G200" təyyarəsindən istifadə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR