Gəncə Dövlət Universitetinin nümayəndələri İspaniyada təlim-seminarda iştirak ediblər

Gəncə Dövlət Universitetinin nümayəndələri İspaniyada təlim-seminarda iştirak ediblər
13:43 13 Noyabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 13 noyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri İspaniyanın Malaqa Universitetində “TEMPUS-UNİVİA” layihəsi çərçivəsində keçirilən “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı təlim-seminarda iştirak ediblər.
Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov AZƏRTAC-a bildirib ki, təlim-seminarda beynəlxalq əlaqələrin təşkili mexanizmi, tərəfdaş universitetlərin seçilməsi meyarları, tələbə və müəllim mübadiləsinin reallaşdırılması təcrübəsi, universitetin beynəlxalq arenada uğurlu təbliğatı, marketinq təcrübəsi, beynəlxalq təhsil layihələrində iştirak və sair mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Təlim-seminarda Gəncə Dövlət Universitetinin təqdimatı da keçirilib. Təqdimatda ali təhsil ocağının dünyanın nüfuzlu universitetləri ilə əlaqələri və aparılan islahatlar haqqında ətraflı məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gence_Dovlet_Universitetinin_numayendeleri_Ispaniyada_telim_seminarda_istirak_edibler-901692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR