​Nazirlik: Azərbaycanda gözdən əlillərin etibarlı sosial müdafiəsi təmin olunub

13:52 13 Noyabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Məlumatda bildirilib ki, ölkədə gözdən əlillər digər əlilliyi olan şəxslər kimi aylıq sosial müavinətlərlə təmin edilirlər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, ötən ilin aprel ayından etibarən isə əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilməkdədir. Bununla yanaşı, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən olunur.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa etdirilir. Xüsusi layihə əsasında inşa olunan bu yaşayış binasında gözdən əlillərin çətinlik çəkmədən hərəkət etmələri üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulub. Gözdən əlillərin peşə reabilitasiyası istiqamətində də tədbirlər davam etdirilir və nazirlik tərəfindən cari ilin ötən dövründə 50 nəfərədək gözdən əlil brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Həmin insanların peşə və ümumən sosial reabilitasiyası imkanlarının genişləndirilməsi, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi üçün nazirliyin sifarişi əsasında hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi tikilir.
Qeyd edək ki, 13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/nazirlik-azerbaycanda-gozden-elillerin-etibarli-sosial-mudafiesi-temin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR