Bakıda 40 000 manatlıq qol saatı oğurlandı

Bakıda 40 000 manatlıq qol saatı oğurlandı
13:57 13 Noyabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda maraqlı oğurluq olub.

Oğurluq ilk baxışda adi görünsə də, təəccüb doğuran bir qol saatının qiymətidir.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, Yasamal rayonunda yaşayan İsa Namazovun mənzilinə evdə olmadığı vaxt oğrular giriblər.

Oğrular mənzildən 10000 manat və 19 000 dollar pul aparıblar. Bundan başqa, mənzildən qiymətli əşyalar da aparılıb. Onlar arasında aparılan tək qol saatının qiyməti 40 000 manatdır.

Hazırda oğruların tutulması üçün polis əməkdaşları axtarış aparırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR