Azərbaycan bu il qeyri-neft məhsullarının ixracını 6% artırıb

Azərbaycan bu il qeyri-neft məhsullarının ixracını 6% artırıb
13:57 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac olunub, 135 ölkədən idxal olunub. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Ticarət dövriyyəsinin 9,2%-i MDB, 48,6%-i Avropa İttifaqı, 42,2%-i isə digər ölkələrin payına düşüb.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 19 467,6 mln. ABŞ dolları, o cümlədən ixracın həcmi 12 889,1 mln. dollar, idxalın həcmi 6 578,5 mln. dollar təşkil edib, nəticədə 6 310,6 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 1 179,0 mln. dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-bu-il-qeyri-neft-mehsullarinin-ixracini-6-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR