Kazbek Tuayev 75 yaşında!

Bu gün Azərbaycan futbolunun parlaq simalarından biri, “Neftçi”nin veteran futbolçusu Kazbek Tuayevin doğum günüdür.

Onun 75 yaşı tamam olur. 1966-cı ilin bürünc mükafatçısı 1961-1971-ci illər ərzində “Neftçi”nin heyətində 298 oyun keçirib, 60 qol vurub. Hücumçu SSRİ çempionatlarının mövsüm ərzində “33 ən yaxşı oyunçu” sırasına düşən (1963, 1964, 1966) ilk “Neftçi”lidir. SSRİ yığmasında 3 oyun keçirən Tuayev “Spartak” (Nalçik) “Spartak” (Orconikidze) klublarında da çıxış edib.

1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə “Neftçi”nin baş məşqçisi olmuş Kazbek Tuayev 1996/19972003/2004 mövsümlərində komandaya ölkə çempionluğunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının da baş məşqçisi vəzifəsində çalışıb.

Kazbek Tuayevi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR