​Bakı metrosunda sərxoş sərnişin polis əməkdaşına xəsarət yetirib

​Bakı metrosunda sərxoş sərnişin polis əməkdaşına xəsarət yetirib
14:02 13 Noyabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Metropolitenin "28 May" stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib.
"Report"un xəbərinə görə, Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanunu tələblərinə məhəl qoymayıb. Sərxoş sərnişin polis əməkdaşını nalayiq söyüşlərlə təhqir edib. Bundan sonra, İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR