® İDEAL: “Parfümeriya və kosmetika məhsullarının saxta olması ilə bağlı yayılan məlumatlar əsassızdır”

® İDEAL: “Parfümeriya və kosmetika məhsullarının saxta olması ilə bağlı yayılan məlumatlar əsassızdır”
14:04 13 Noyabr 2015
84 Sosial
Ölkə mətbuatı
A- A+

Noyabrın 12-də Azərbaycanın ən böyük parfum və kosmetika mağazalar şəbəkələrindən biri “İDEAL” hər kəsə açıq görüş keçirib. Lent.az-ın məlumatına görə, 30-dan çox media nümayəndəsinin, bu sektora aid araşdırmalar edən bloqer və müştərilərin iştirak etdiyi görüşün mövzusu Azərbaycanın parfum və kosmetika bazarında “İDEAL” şirkətinin mövqeyi, yarandığı gündən əldə etdiyi nailiyyətlər və uğurlardır. Həmçinin, şirkətin 2016-cı ilə olan planları, habelə son zamanlar parfum və kosmetika sektoru ilə bağlı yaranmış bəzi stereotiplər, yanlış təsəvvürlərin formalaşması müzakirə olunub.

 

Şirkətin baş direktoru İlqar İsmayılov tədbir iştirakçıları üçün “İdeal”ın yaranma tarixinə dair geniş məlumat verdikdən sonra satılan bütün məhsulların sertifikatlaşdırıldığını deyib: “Burdan bütün müştərilərimizə müraciət etmək istəyirəm ki, bizim mağazalardan hər hansı bir məhsul alarkən satıcılardan həmin məhsulun sertifikatını tələb edə bilərlər. O zaman məhsullarımız haqda yazılanların sadəcə şayiə olduğunu görəcəklər”.

 

Şirkət rəsmisinin sözlərinə görə, “İdeal” MMC-nin Bakı və regionlarda 16 mağazası fəaliyyət göstərir. Bundan əlavə, 2016-cı ildə daha 3 mağazanın açılışı olacaq: “Mağazalardan birini Naxçıvanda, digərini isə “Şüvəlan park” ticarət mərkəzində açacağıq. Üçüncü mağazamız isə “Gənclik Mall”da açılacaq. Sahəsi 1510 kvadrat metr olacaq bu mağaza Qafqaz ölkələri arasında ən böyük parfum və kosmetika mağazası olacaq”.

 

İ. İsmayılov “İdeal”ın daha bir yeniliyi barəsində də məlumat verib. O bildirib ki, şirkətdə avqust ayından aksiya başlayıb. Artıq müştərilər narazı qaldıqları məhsulları geri qaytara və ödədikləri pulu kart balansına bonus şəklində ala biləcəklər: “100% Zəmanət aksiyasında müştərilər 2 həftə ərzində aldıqları məhsulu geri qaytarmaq hüququna malikdirlər. Bu proses qaydalar əsasında aparılacaq. Müştəri məhsuldan niyə narazı qaldığını əsaslandırmalıdır”.

 

Daha sonra çıxış edənlər də “İdeal” MMC-nin məhsullarının keyfiyyətindən söz açıblar. Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, “İdeal” MMC 1999-cu ildə İlqar İsmayılov tərəfindən yaradılıb. Hazırda şirkət 5100 kvadrat metrdən çox sahəyə malikdir. “İdeal” mağazalarında dünyanın 140-dan çox brendinin parfum, kosmetika və dəri üçün qulluq vasitələrini təqdim edir. Şirkət xidmət səviyyəsini daha da yüksəltmək məqsədi ilə 2014-cü ildə Azərbaycanda ilk dəfə olaraq öz işçiləri üçün “İdeal Akademiya”nı yaradıb və bütün konsultantlar bu akademiyada satış texnikası, brendlər barədə məlumat və s. bağlı treninqlər keçir.

 

Şirkət, mağazalar və onun fəaliyyəti ilə bağlı gün ərzində yarana biləcək bütün sualların cavabını müştərilər 970 qaynar xəttinə zəng etməklə ala bilərlər. 





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR