Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün Bakcell abunəçiləri üçün LIG TV canlı yayımları - FOTO

Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün Bakcell abunəçiləri üçün LIG TV canlı yayımları - FOTO
14:05 13 Noyabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti, Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan Digiturk şirkəti ilə yeni tərəfdaşlığa başladığını elan edir. Digiturk ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində Bakcell İP və mobil əsaslı xidmətlər üzrə Digiturk şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün Bakcell müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə, futbol azarkeşləri üçün LİG TV kanalını təqdim edəcək.

Bu tərəfdaşlığın bir hissəsi kimi, Bakcell "Qoş və Coş" xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. "Digiturk"lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar. İndi Bakcell abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə Digiturk şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.

"Bakcell hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G LTE operatorudur. Bu təkliflə biz abunəçilərimizə təqdim etdiyimiz nadir xidmətlərin sayını artırırıq ki, onlar bizim yüksək sürətli LTE şəbəkəmizdən tam faydalana bilsinlər. Biz Türkiyənin ilk və ən böyük rəqəmsal platforması olan "Digiturk"lə tərəfdaşlıqdan məmnunuq. Bu tərəfdaşlıq əlaqələri sayəsində Bakcell öz abunəçilərinin sevimli TV kanallarını onlara daha da yaxınlaşdırır və sadəcə bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır. Biz inanırıq ki, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi bizim mobil internet xidmətinə yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq. LİG TV kimi premium idman kanallarını izləmək abunəçilərimizə Bakcell xidmətlərindən daha çox yararlanmaq şansı verəcək", - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Digiturk şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Superliqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən Bakcell abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaqlar.

Digiturk şirkətinin baş icraçı direktoru Ertan Özerdem: "Digiturk olaraq, biz Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə, biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan Bakcell şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və "Digiturk"ün 100-dən çox müxtəlif kanallarının Bakcell abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz "Digiturk"ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatını daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik və bu istiqamətdə Bakcell ilə əməkdaşlıq etməkdən çox məmnunuq".

Digiturk Mobil TV tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən Bakcell abunəçiləri yararlana bilərlər. Həmçinin, aşağıda təqdim olunan link vasitəsi ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər: http://www.digiturkplay.com/

Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir.

***

Digiturk Kanallarını mobil cihazlarda və masaüstü kompüterlərdə izləmək üçün Bakcell xüsusi mobil paketini təqdim edəcək. "Digiturk"ün mobil xidmət paketlərini seçərək, Bakcell abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. TV kanallarının siyahısını bu linkdən əldə edə bilərsiniz: digiturk.bakcell.com

Sür@ paketlərindən birini alan bütün Bakcell abunəçiləri Digiturk Mobil Yayımına pulsuz abunə yazıla biləcəklər. Paketi aldıqdan sonra abunəçilər hesabı onlayn aktivləşdirmək üçün 24 saat ərzində aktivasiya kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7 gün ərzində qüvvədə olacaq.

Bakcell öz abunəçilərinə data-kartlar və planşetlər üçün 4 tarif təklif edir:

Data Karlar və planşetlər üçün

Paketlər

Həcm

Aylıq bonus

Qiymət

Aktivləşdirmə

Sür@ planşet

5 GB

5 GB

15 AZN/ay

*134*55#YES

Sür@ - 1

10 GB

5 GB

20 AZN/ay

*134*105#YES

Sür@ - 2

35 GB

5 GB

40 AZN/ay

*134*355#YES

Smartfonlar və planşetlər üçün

Paketlər

Həcm

Aylıq bonus

Qiymət

Aktivləşdirmə

Sür@ smartfon

1 GB

2 GB

10 AZN/ay

*134*3#YES

Yuxarıda göstərilən paketlərdən hər hansı birini almaqla, Bakcell abunəçiləri mobil cihazlarında (smartfon, planşet) internetdən istifadə etmək və Digiturk kanallarını izləmək, eləcə də pulsuz Digiturk SPORT TV paketinə abunə yazılmaq üçün data trafiki əldə edəcəklər.

***

Bu yeni xidmət Bakcell abunəçilərinə sevdikləri Digiturk kanallarını mobil telefonlarında zövqlə izləmək imkan verəcək.

***

Bakcell haqqında

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

***

Digiturk haqqında

1999-cu ildə yaradılmış Digiturk şirkəti rəqəmsal televiziya yayımı xidmətləri üzrə fəaliyyətinə 2000-ci ildə başlamışdır. Türkiyənin ilk rəqəmsal platforması olaraq, Digiturk bir neçə televiziya, radio, musiqi və interaktiv kanallarının vasitəsilə yüksək keyfiyyətli rəqəmsal video və audio yayım xidmətlərini təklif edir.

21-ci əsrin ən müasir texnologiyalarından istifadə edərək TV tamaşaçı vərdişlərini transformasiya edən və formalaşdıran Digiturk Türkiyənin aparıcı rəqəmsal platforması kimi mövqeyini uğurla qoruyub saxlamaqdadır. Digiturk Türkiyənin texnologiyaya investisiyalar yatıran birincilər arasında yer tutur və Avropada məşhur rəqəmsal platforma kimi tanınır. Daha ətraflı məlumat üçün bu səhifəni ziyarət edin: http://www.digiturk.com.tr/











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04

"Qarabağ"ın rəqibinin futbolçusu 150 minlik maşınla qəzaya düşdü - FOTOLAR

21 Sentyabr 2017 23:03