Bakı. 13 noyabr. REPORt.AZ/ Xəzərin Pirallahı rayonu ərzasinə yaxın hissəsində balıqçı batıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, noyabrın 11-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu əzazisində dənizdə 1 balıqçının batması barədə məlumat daxil olub. Hava şəraiti əlverişsiz olduğundan axtarışa bu gün FHN-nin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.
Loading...