Bakıda ilk rəsmi "Rolls-Royce Motor Cars" Texniki Servis Mərkəzi (FOTO)

Bakıda ilk rəsmi "Rolls-Royce Motor Cars" Texniki Servis Mərkəzi (FOTO)
14:18 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

“Rolls-Royce Motor Cars” şirkətinin Azərbaycanda rəsmi idxalçısı olan “Improtex Motors” şirkəti Azərbaycanda ilk “Rolls-Royce” Texniki Servis Mərkəzinin rəsmi açılış mərasimini keçirib.

“Rolls-Royce” Texniki Servis Mərkəzi A. Salamzadə küçəsi, 33 ünvanında yerləşir. Mərkəz avtomobilin elektronikası və mexaniki hissələrində təmir və yenilənmə işlərinin aparılması üçün “Rolls-Royce” standartlarına tam cavab verən yüksək keyfiyyətli və sertifikatlaşdırılmış müasir avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 250 m² təşkil edən “Rolls-Royce” Texniki Servis Mərkəzi müştəri qarşılama otağı, təmir sahəsi, resepşn, gözləmə otağı, ehtiyat hissələrinin anbarı və s. ibarətdir. Mərkəzdə eyni zamanda iki avtomobilə xidmət göstərmək mümkündür ki, bütün iş və xidmətlər təmir reqlamentinə uyğun olaraq göstərilir. Bununla yanaşı, müştərinin fərdi şəkildə qarşılanması, gözləmə müddətində istirahətinin təşkili, avtomobil servisdə olduğu zaman onun mühafizəsi və s. təmin olunur. Təmir prosesi avtomobil sahibi tərəfindən rahatlıqla izlənilə bilər.

“Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılovun sözlərinə görə: “Yeni “Rolls-Royce” Texniki Servis Mərkəzində bütün işlər planlı şəkildə aparılır, texniki xidmət və ehtiyat hissələrinin dəyişdirilməsi proseslərinə bir neçə peşəkar mütəxəssis nəzarət edir. İşlər nəzəri və praktiki təlimlərində iştirak etmiş yüksək ixtisaslı mühəndis və mexaniklər tərəfindən görülür. Mərkəzimizdə göstərilən bütün xidmətlər müasir standartlara və istehsalçı şirkətin tələblərinə tam cavab verir və texniki xidmətdən sonra bütün müştərilərimiz “Rolls-Royce” tərəfindən tam zəmanət əldə etmiş olurlar. Yeni xidmət mərkəzinin təklif etdiyi orijinal ehtiyat hissələri müştərilərimizin və onların yaxınlarının təhlükəsizliyinin zəmanətidir. Keyfiyyət, effektivlik və innovasiyalar – “Rolls-Royce” Texniki Servis Mərkəzində müştərilərə göstərilən xidmətin üstün cəhətləridir”.

Tədbir zamanı “Rolls-Royce” sahiblərinə mərkəzin təchizatı və işçiləri ilə tanış olmaq imkanı yaradıldı. Hədiyyə qismində “Rolls-Royce” sahiblərinə avtomobilləri pulsuz diaqnostikadan keçirmək təklif olundu.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Bakının mərkəzində xüsusi mühitə malik olan “Rolls-Royce Motor Cars Baku” satış və sərgi salonu istifadəyə verilib. Salon öz ziyarətçilərinə xüsusi “Bespoke” xidmətini təklif edir – müştərilər sifariş proqramı çərçivəsində öz fərdi “Rolls-Royce” avtomobillərinin komplektasiyasını zövqə uyğun müəyyənləşdirə bilər. Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir. Avtosalondan “Rolls-Royce”un vətəni sayılan Qudvuda (İngiltərə) və orda yerləşən “Bespoke Studios”a birbaşa çıxış imkanı mövcuddur.

“Improtex Motors” haqqında:

“Improtex Group”un strukturlarından biri də “Improtex Motors” MMM-dir. 1998-ci ildə yaradılan “Improtex Motors” MMM Azərbaycan avtomobil biznesinin ilk şirkətlərindən biridir və əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. Şirkət BMW, “BMW Motorrad”, MINI və “Rolls-Royce” kimi məşhur markaları özündə birləşdirən BMW AG-nin Azərbaycanda rəsmi idxalçısıdır. Hazırda şirkətin BMW AG-nin bütün standartlarına tam cavab verən 3 salonu mövcuddur. “Improtex Motors” MMM – BMW AG-nin rəsmi idxalçısı kimi dünya bazarına təqdim edilən hər bir yeni modeli qısa müddətdə Azərbaycan avtomobil bazarına təqdim edir. Bundan başqa, təqdim olunan hər bir yeni model möhtəşəm təqdimat mərasimi ilə müşayiət olunur. Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərində biri olan və artıq 16 il fəaliyyət göstərən “Improtex Motors” etibarlı şirkət kimi avtomobil bazarında özünü təsdiqləmiş və yüksək nüfuz qazanmışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2455983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR