Kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib

14:23 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən kommersiya banklarının nümayəndələri üçün “Fraud Clinic Event” mövzusunda seminar keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, seminarda ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları, o cümlədən bu sahədə son trendlər haqqında məlumat verilib.

Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri açıqlanıb və bu sahədə beynəlxalq təcrübə bölüşülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2455987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR