Bakı Ali Neft Məktəbi reytinq cədvəlində ilk üçlükdə

Bakı Ali Neft Məktəbi reytinq cədvəlində ilk üçlükdə
14:23 13 Noyabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC 
Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan ali təhsil müəssisələri arasında bu il də liderlik mövqeyini saxlayıb. Belə ki, bu ali məktəb qəbul imtahanlarının nəticələrinə görə hazırlanan reytinq cədvəlində ilk üçlükdə yer alıb. 2015/2016-cı tədris ilində BANM-ə qəbul olanlar arasında qəbul imtahanlarında yüksək nəticə göstərənlərdən 17-si Prezident təqaüdünə layiq görülüb.
BANM AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin 2015-ci il 14 sentyabr tarixli Sərəncamı ilə bu il qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkənin ali məktəblərinə daxil olmuş 102 nəfərə Prezident təqaüdü verilib. Birinci qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Bununla yanaşı, ötən tədris ilində də Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələrdən 17-si Prezident təqaüdçüsüdür.
2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbul imtahanında Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. Birinci qrup üzrə keçirilmiş qəbul imtahanında 700 bal toplayan yeddi tələbədən üçü Bakı Ali Neft Məktəbini seçib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebi_reytinq_cedvelinde_ilk_uchlukde-901708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR