Bakıda polis oğrunu mağazadan sürüyərək çıxardı

Bakıda polis oğrunu mağazadan sürüyərək çıxardı
14:24 13 Noyabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis əməkdaşı mağazadan oğurluq etməyə çalışan şəxsi hadisə yerində yaxalayıb. APA TV-nin məlumatına görə, Yevlax rayon sakini Sirac Bəkirov Binəqədi rayonu ərazisində yerləşən “GROSS market”in qapısını sındıraraq içəri daxil olub. Oğru kassanın yanında olan paketləri götürərək siqaret qutularını onların içinə yığmağa başlayıb. Bu zaman marketin işarəvermə sistemi işə düşdüyündən Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları əraziyə gəliblər. Küçədən maşın səsi gəldiyini eşidən oğru qapıya yaxınlaşıb və bu zaman polis əməkdaşı oğrunu tutaraq mağazadan çıxarıb. Hadisə anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
 
Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşı Cavidan Hüseynov hadisənin təfərrüatlarını belə açıqlayıb: “Girdik içəri, gördük, şüşə qırılıb. Boylandıq gördük ki, adam içəridədir. Tutub bölməyə gətirdik”. 
 
Oğurluq edən şəxs mağazaya təsadüfən girdiyini deyib: “Dükan gördüm, blokların arasında yerləşirdi. Daş götürüb, qapını qırdım. Siqaretləri götürəndə polislər gəlib məni tutdu”.
 
Faktla bağlı araşdırmalar davam edir.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR