Rusiya aeroportunda azərbaycanlıların əl baqajı yandırıldı

Rusiya aeroportunda azərbaycanlıların əl baqajı yandırıldı
14:26 13 Noyabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyaya gedən azərbaycanlıların baqajı yandırılıb. Bakıdan Tümenə gedən sərnişinlərin əl baqajına od vurulub.

ANS PRESS-in məlumatına görə, Tümen hava limanı Roşinoda azərbaycanlı sərnişinlərin əl baqajında təzə meyvə və düyünün olduğu deyilir.

"Rosselxoznadzor"un (Baytarlıq və Fitosanitar nəzarət federal xidməti) verdiyi məlumata görə, bu məhsullar Bakıdan Tümenə uçan iki azərbaycanlı vətəndaşına məxsus olub.

Yüklərə baxış zamanı ümumilikdə 11 kiloqram təzə meyvə, 22 kiloqram isə düyü aşkar edilərək götürülüb. Buna səbəb kimi həmin məhsulların fitosanitar sənədlərinin olmaması göstərilir.



Ümumiyyətlə, Rusiya fitosanitar sertifikatı olmayan məhsulların ölkəyə idxalına icazə vermir. Həmin qaydaya əməl edilmədikdə gətirilən mallar yandırılır, onu gətirən sərnişinlər isə, hətta, bəzi hallarda məsuliyyətə belə cəlb olunurlar.

Analoji hadisə bu ilin oktyabrın 21-də Kazan aeroportunda da olub. Belə ki, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən aeroportda Azərbaycandan olan sərnişinlərin əl yükündə aşkar edilmiş quru meyvələr, fındıqlar, meyvələr, yarma, giləmeyvələr onların əllərindən alınaraq, aeroportun utilizasiya sobasında yandırma yolu ilə məhv edilib. Ərzaqların çəkisinin ümumilikdə 40 kq olduğu deyilir.

Məlum olub ki, həmin məhsullar Rusiyaya idxala qadağan edilmiş karantin məhsullar imiş. Bu barədə Tatarıstan Respublikasının Rosselxoznadzor İdarəsinin rəsmi saytında bildirilir.


Kazan aeroportunda yandırılan məhsullar







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR