ADPU-da "Nə? Harada? Nə Zaman" oyunu üzrə açılış kubokunun finalı

14:28 13 Noyabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Boulevard Side Hotel"-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı İntellektual Oyunlar Klubu, “Azərbaycan” İntellektual Oyunlar Klubu və Akademiya Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan İntellektual hərəkatı tarixinə düşən "Açılış kuboku"nun yarımfinal və final mərhələsi keçirildi.

Əvvəlcə hər birində 16 komandanın iştirak etdiyi 12 sualdan ibarət 2 yarımfınal oyunu keçirildi. İOK Rəhbəri Ülvi Şamilovun səsləndirdiyi toplam 24 sualdan sonra hər yarımfinal oyunundan 8 komanda olmaqla ümumilikdə 16 komanda finala vəsiqə qazandı. Final mərhələsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tərbiyə işləri üzrə prorektoru professor Fikrət Rzayevin açılış nitqi ilə başladı ardınca Tələbə Gənclər Təşkilatının sədri Cavid Hüseynov çıxış edərək öz növbəsində komandalara uğurlar arzuladı sonda Akademiya tədris mərkəzinin baş meneceri Orxan Qasımov iştirakçıları müxtəlif kompaniyalar haqqında məlumatlandırdı. Səslənən 24 sualdan sonra qaliblər müəyyənləşdi. Möhtəşəm keçən final oyununun sonunda "Coğrafiya və Gənclərin Çağırışaqədərki Hazırlığı" fakültəsinin ''Hərbiçilər" komandası 12 xal ilə 1-ci yeri qazandılar. "Kimya" fakültəsinin ''Maxito'' komandası 11 xal ilə 2-ci oldu və ilk 3-lüyü "Coğrafiya və Gənclərin Çağırışaqədərki Hazırlığı" fakültəsinin "Soliders" komandası 10 xal ilə tamamladı. Müvafiq olaraq 1-ci yer tutan "Hərbiçilər" komandasının üzvləri planşet, 2-ci yer tutan "Maxito" komandasının üzvləri mp3 player, 3-cü yer tutan "Soliders" komandasının üzvləri isə saat qazandılar. Eyni zamanda bütün komandalar diplom və kubokla mükafatlandırıldı. "Açılış Kuboku" Final mərhələsində “Azərbaycan” İntellektual Oyunlar Klubunun prezidenti Aydın Priyev və Akademiya tədris mərkəzinin direktoru Elşən Abbasov fəxri qonaqlar qismində iştirak etmişlər.

Nəzərinizə çatdıraq ki, “Azərbaycan” İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssissələri arasında sinxron çempionat hər şənbə günü Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində keçirilir. Birinci dövrə sentyabr-dekabr aylarını, ikinci dövrə isə fevral-may aylarını əhatə edir. Birinci və ikinci dövrədə ümumi say hesabında üstünlük əldə edən komandalar AİOK tərəfindən diplom və hədiyyələrlə təltif olunurlar.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR