x
Loading...
.

Bakı sakini yol qəzası törədib sərnişin ölüb

Bakı sakini yol qəzası törədib sərnişin ölüb
14:32 13 Noyabr 2015
78 Sosial
Ölkə mətbuatı
A- A+
.

Bakı. 13 noyabr. REPORT.AZ/ Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Bakı şəhər sakini Baba Yusifovun idarə etdiyi “Niva” və Naftalan şəhər sakini Ramil Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə "Niva" markalı avtomobildə olan sərnişin Zeynal Təhməzov hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüsü və digər sərnişinlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baki-sakini-yol-qezasi-toredib-sernisin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR