Fədayə Laçın: "Rəfiqəm yoxdur. Kişilərlə dostluq edirəm"

Fədayə Laçın: "Rəfiqəm yoxdur. Kişilərlə dostluq edirəm"
14:32 13 Noyabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Fədayə Laçın həyatda rəfiqəsi olmadığını etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Hər şey daxil" verilişində kişilərlə dostluq etdiyini bildirib:

"Heç kimin arxasınca pis danışan deyiləm. Ona görə də qalmaqal yaşamamışam. Şəxsi həyatıma gəldikdə isə... Mənim rəfiqəm yoxdur. Qadının rəfiqəsi, sirrini bölüşəcəyi adam anası, bacısı və övladıdır.  Bilirsən ki, söz evdən çıxmayacaq. Amma kişi dostlarım var. Hamı da bilir ki, dostluq etdiyim adam çoxdur. Bilirəm ki, yanında nəsə danışsam, kənarda xəbərləməyəcək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR