Göygöl məktəbləri qış mövsümünə hazırdır

Göygöl məktəbləri qış mövsümünə hazırdır
14:33 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Göygöl, 13 noyabr, AZƏRTAC
Göygöl rayonundakı ümumtəhsil məktəbləri qış mövsümünə hazırdır.
Bu barədə AZƏRTAC-a məlumat verən rayon təhsil şöbəsinin müdiri Elbrus Atayev deyib ki, hazırda rayonda 50 ümumtəhsil və 4 məktəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. Bunlardan da 28-i mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilib. Digər tədris ocaqları isə ucqar kəndlərdə yerləşdiyindən odunla isidilir. Həmin məktəblər üçün avqust və sentyabr aylarında odun tədarükü görülməklə yanaşı, odun sobası da alınıb.
Şöbə müdiri onu da qeyd edib ki, məktəblərdə cari təmir işləri də aparılıb. Binaların dam örtüyü təmir edilib, sınmış pəncərə şüşələri yenisi ilə əvəz olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goygol_mektebleri_qis_movsumune_hazirdir-901711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR