Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu
14:37 13 Noyabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrənin Nyon şəhərində 17 yaşadək qızlardan ibarət komandalar arasında  2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi 3-cü qrupa düşüb. Millimizin bu qrupdakı rəqibləri Polşa, Macarıstan və Estoniya yığmalarıdır.

Qrup mərhələsinin oyunları 2016-cı il avqustun 1-dən oktyabrın 31-dək keçiriləcək. Hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı göstəriciyə malik 3-cü yerin sahibi  24 komanda İspaniya ilə birgə elit-raunda yüksələcək. Final mərhələsi isə 8 komandanın iştirakı ilə Çexiyada təşkil olunacaq. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR