Bədii gimnastika üzrə 22-ci Bakı çempionatı və birinciliyi keçirilir

Bədii gimnastika üzrə 22-ci Bakı çempionatı və birinciliyi keçirilir
14:38 13 Noyabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 22-ci paytaxt çempionatı və birinciliyi başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışda Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq”, ”Neftçi”, “Spartak”, “Start” klubları, həmçinin “Sərhədçi” İdman Olimpiya Kompleksini təmsil edən 110 gimnast iştirak edir.
Yarışın ilk günü 2005-2007-ci il təvəllüdlü gimnastlar fərdi proqram üzrə çıxış edirlər.
Günün sonunda onlar çoxnövçülük üzrə mükafatçıları müəyyən edəcəklər (alətsiz, ip, halqa və top).

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bedii_gimnastika_uzre_22_ci_Baki_chempionati_ve_birinciliyi_kechirilir-901713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR