Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakıda avtomobil qaçıran şəxslər tutulub
14:42 13 Noyabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/. Bakı şəhəri, Yasamal rayonunun A.Ağayev küçəsindən şəhər sakini Əliqulu İsayevə məxsus  VAZ-2107 markalı avtomobil qaçırılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 
Keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elnur Şıxıyev və Rövşən Gülümcanov Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən Cavadxan küçəsində saxlanılıb və 26-cı Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-avtomobil-qaciran-sexsler-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR