Manatın taleyinə təhlükə var? - EKSPERT RƏYİ

Manatın taleyinə təhlükə var? - EKSPERT RƏYİ
14:42 13 Noyabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Manatın məzənnəsi yenə də gündəmin əsas mövzularından birinə çevrilib. Ortada yenə müxtəlif hesablamalar, proqnozlar var. Bəziləri iddia edirlər ki, manat ciddi təhlükə ilə üzləşib və hər ötən gün onu növbəti devalvasiyaya yaxınlaşdırır. Bax elə bütün bunların nəticəsidir ki, son günlər vətəndaşların "Manat doğrudanmı təhlükədədir?", "Mətbuatda aparılan diskussiyaların kökü haradan qaynaqlanır?", "Manatın növbəti devalvasiyası nə qədər realdır?" kimi sualları ilə qarşılaşırıq. Bu yazıda da məhz qeyd olunan suallara cavab verməyə çalışacağıq.

Gəlin əvvəlcə bir qədər geriyə - bi ilin fevral ayının 21-nə qayıdaq. Məhz həmin gün manatın 34% ucuzlaşmasına səbəb olmuş devalvasiya hadisəsi baş verdi. Tam əminliklə deyə bilərik ki, bu gün manatın məzənnəsilə bağlı aparılan bütün spekulyativ söhbətlər məhz həmin hadisədən qaynaqlanır. Yada salırıq: Devalvasiya hadisəsindən əvvəl ölkədə bütün səviyyələrdən olan ekspertlər, mütəxəssislər və hətta müxalif mövqedə dayanan iqtisadçılar kəskin devalvasiyaya heç bir əsas olmadığını yazırdılar. Doğrudan da real olanı da bu idi. Yalnız radikal siyasi mövqedə dayanıb bir qayda olaraq hökumətin atdığı müsbət addımlara kölgə salmağa çalışan, hər şeyi qara rəngdə görən və tamamilə siyasiləşmiş iqtisadi yazarlar əsassız çağırışlarla əhali arasında panika yaratmağa cəhd edirdilər.

Sağlam düşüncəli ekspertlərin, mütəxəssislərin və peşəkarların verdikləri bəyanatlar əhalinin böyük əksəriyyəti tərəfindən qəbul edilsə də, təəssüflər olsun ki, təsir altına düşüb təxribat xarakterli çağırışlara boyun əyənlər də oldu. O zaman bir çoxlarına belə gəldi ki, devalvasiya hadisəsi əhalinin müəyyən kəsiminin yersiz çağırışlara uyaraq kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutması səbəbindən baş verdi. Təbii ki, baş vermiş hadisədə bu faktın rolu az olmadı. Buna görə də biz həmin dövrdə yersiz çağırışlarla əhalini çaşdırmağa cəhd edənlər barəsində müvafiq qurumların zəruri tədbirlər görməsi təklifi ilə də çıxışlar etdik.

Vətəndaşlarımız birmənalı şəkildə bilməlidirlər ki, bu gün manatın taleyi heç də bəzilərinin iddia etdiyi kimi, təhlükə qarşısında deyil. Bu gün manatın arxasında təkcə bizim özümüzün deyil, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu maliyyə institutlarının da etiraf etdiyi və bütün dünyanı bürüyən iqtisadi tənəzzül şəraitində illik 4% artımı olan güclü iqtisadiyyat durur. Dünya Bankı manatı MDB məkanında ən etibarlı valyuta hesab edib. Bunun da səbəbləri var. Ən əsas səbəblərdən biri budur ki, 10 ildən artıqdır Azərbaycan iqtisadiyyatı və onun qeyri-neft sektoru xüsusi dövlət proqramları çərçivəsində yüksələn xətlə inkişaf edir.

Ölkədə sahibkarlığın inkişafına dövlət səviyyəsində ciddi dəstək verilir. Ölkə başçısı bu sektorun inkişafına mane olan bütün süni əngəllərin aradan qaldırılması yolunda qətiyyətli addımlar atır. Nəticələr göz qabağındadır. Son 5 ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 50%-dən 70%-ə yüksəlmiş, bu sektordan ixracın həcmi 60%-dən çox artmışdır. Yaxın perspektivdə bu sektordan ixracın daha böyük sürətlə artacağı gözlənilir. Deməli, bu hesaba ölkəyə valyuta axını da xeyli artacaqdır. Bundan başqa, bu gün Azərbaycan dövlətinin real valyuta ehtiyatları 42 milyard dollardır və bu, bütün beynəlxalq qaydalarla müəyyən edilmiş minimal normadan 20 dəfədən də çoxdur. Bundan başqa, Azərbaycanın aktivləri və kapitalının həcmi 35 milyard dolları ötən Neft Şirkəti kimi nəhəng bir dövlət kompaniyası var. Azərbaycanın dövlət büdcəsinin gəlirləri neftdən daxilolmalar nəzərə alınmadan belə Gürcüstan və Ermənistanın büdcəsinin cəmindən böyükdür.

Yeri gəlmişkən, bu iki qonşu ölkənin valyuta ehtiyatları birlikdə 3 milyard dolları ötmür. Qoy indi hörmətli oxucularımız bütün bu sadaladığımız həqiqətləri bildikdən sonra özlərinə sual versinlər: Manatın arxasında belə güclü dayaqların olduğu bir halda ona inamsız yanaşmaq olarmı? Yox, təbii, heç bir halda buna yol vermək olmaz.

Bu gün dünya iqtisadi məkanında, maliyyə bazarlarında baş verən proseslər nəticəsində manatın məzənnəsində ola biləcək hər hansı cüzi dəyişikliklər isə heç kəsi qorxutmamalıdır. Buna təbii baxmaq lazımdır. Sivil inkişaf yolu keçən, iqtisadiyyatı bazar iqtisadiyyatı prinsiplərinə söykənən ölkələrdə insanlar milli valyutalarının məzənnəsində baş verən belə cüzi dəyişiklikləri müzakirə predmetinə çevirmirlər. Çünki ona təbii bir hal kimi baxırlar. Mən vətəndaşlarımızı dövlətimizin rəmzlərindən biri olan milli valyutamıza inamla yanaşmağa çağırıram. Təxribatlara, siyasi möhtəkirlərin əsassız çağırışlarına uymamalıyıq. Dövlətimizə inamlı, iqtisadiyyatımıza güvənməli, manatımızı qorumalıyıq. Milli qürur hissimiz bizdən bunu tələb edir! Biz hamımiz böyük bir ailənin üzvüyük. Hamımızın Azərbaycan adında bir evi, bir ocağı var. Bu evin, bu ailənin yaxşı günü də bizimdir, dar günü də. Bu ocağın işığını qorumaq hamımızın borcudur.

Fikrət Yusifov - "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor
Trend

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avtobus sürücüsünün döyülmə anının YENİ GÖRÜNTÜLƏRİ

20 Sentyabr 2017 09:48

3-cü dəfə özündən 20 yaş gənc qızla evlənən məşhur aparıcının MÖHTƏŞƏM TOYU - FOTO/VİDEO

20 Sentyabr 2017 09:48

Dünya birjalarında neftin

20 Sentyabr 2017 09:48

“Barselona”nın futbolçusu: “Robert Prosineçki xorvatlar üçün qəhrəmandır”

20 Sentyabr 2017 09:47

“AXA MBASK”ın səhmdarları toplaşacaq

20 Sentyabr 2017 09:42

Qızıl 6 dollar

20 Sentyabr 2017 09:41

Ağır yol qəzası: 4 nəfər öldü

20 Sentyabr 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

20 Sentyabr 2017 09:37

Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri

20 Sentyabr 2017 09:37

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

20 Sentyabr 2017 09:37

“Heç bir ölkə bunu qəbul etməz”

20 Sentyabr 2017 09:35

Ebrü Gündeş illər sonra Bakıda - VİDEO

20 Sentyabr 2017 09:33

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı varmı?

20 Sentyabr 2017 09:33

Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

20 Sentyabr 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (20.09.2017)

20 Sentyabr 2017 09:32

Bakıda konsert kimi toy:

20 Sentyabr 2017 09:29

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

20 Sentyabr 2017 09:28

Bakıda bal yarmarkası keçiriləcək

20 Sentyabr 2017 09:24

Cəbhədə silahlar susmur

20 Sentyabr 2017 09:23

Lənkəranda sakini avtobusdan yıxılaraq ağır xəsarət alıb

20 Sentyabr 2017 09:22

Cəhhədə gərgin gecə

20 Sentyabr 2017 09:20

Neft bahalaşdı

20 Sentyabr 2017 09:18

“Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

20 Sentyabr 2017 09:17

Rövnəq Abdullayev: "SOCAR qaz hasilatının artırılması üçün tərəfdaşlarla məqsədyönlü işlər aparır"

20 Sentyabr 2017 09:17

Atəşkəs 127 dəfə pozuldu

20 Sentyabr 2017 09:14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

20 Sentyabr 2017 09:12

Ermənilər atəşkəs rejimini 127 dəfə pozub

20 Sentyabr 2017 09:12

32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə

20 Sentyabr 2017 09:09

“Neft Daşları”nda yeni quyu istismara verilib

20 Sentyabr 2017 09:07

Meksikada baş verən zəlzələdə ölənlərin sayı 150 nəfərə çatdı -

20 Sentyabr 2017 09:06

Ərdoğan:

20 Sentyabr 2017 09:05

Biləsuvarda ağır yol qəzası: 4 ölü

20 Sentyabr 2017 09:03

Qapalı məkanlarda siqaretin ardınca SULU QƏLYAN QADAĞASI

20 Sentyabr 2017 08:53

Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uçaq ölüb

20 Sentyabr 2017 08:52

İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 08:38

Zəlzələ Meksikanı bu günə qoydu - DƏHŞƏTLİ FOTOLAR

20 Sentyabr 2017 08:33

Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var

20 Sentyabr 2017 08:32

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02