Cakartada keçirilən “48-ci Xeyriyyə Bazarı”nda Azərbaycan da təmsil olunub

Cakartada keçirilən “48-ci Xeyriyyə Bazarı”nda Azərbaycan da təmsil olunub
14:53 13 Noyabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Cakarta, 13 noyabr, AZƏRTAC 
İndoneziyanın paytaxtında ölkənin birinci xanımı İriana Vidodonun himayəsi ilə Cakarta Beynəlxalq Qadınlar Klubu tərəfindən ənənəvi olaraq təşkil edilən “48-ci Xeyriyyə Bazarı”nda Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak edib.
Hər il keçirilən xeyriyyə yarmarkasının məqsədi Cakartada sosial rifaha və təhsilə xeyriyyə töhfələrinin verilməsi, iştirakçı ölkələrin mədəniyyətinin, incəsənətinin, mətbəxinin və adət-ənənələrinin təbliğidir.
Tədbirdə Azərbaycan səfirliyi də daxil olmaqla, İndoneziyada akkreditə olunmuş 60-a yaxın ölkənin diplomatik nümayəndəlikləri, ölkə rəsmiləri, aparıcı kütləvi informasiya vasitələrinin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycanın sərgi stendində milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən eksponatlar və 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları barədə məlumatlar nümayiş etdirilib. Ölkəmizin turizm potensialı, mədəniyyəti və incəsənəti haqqında müxtəlif vəsaitlər (kitab, jurnal, xəritələr və s.) iştirakçılara paylanıb.
Azərbaycan stendini İndoneziyanın vitse-prezidenti Yusuf Kallanın həyat yoldaşı Mufidah Kalla və xarici işlər nazirinin müavini A.M.Fachirinin həyat yoldaşı Yasmin Sukmavira ziyarət ediblər. Qonaqlara ölkəmizin tarixi, mədəni irsi haqqında geniş məlumat verilib, suvenirlər təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cakartada_kechirilen_48_ci_Xeyriyye_Bazarinda_Azerbaycan_da_temsil_olunub-901716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR