Xaçmazda yerli icmaların beynəlxalq təşkilatlarla birgə reallaşdırdığı iki layihənin açılışı olub

Xaçmazda yerli icmaların beynəlxalq təşkilatlarla birgə reallaşdırdığı iki layihənin açılışı olub
15:13 13 Noyabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 13-də Xaçmaz rayonunda ABŞ və Azərbaycan hökumətlərinin birgə maliyyələşdirdiyi və yerli qeyri-hökumət təşkilatı olan “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin dəstəyi ilə reallaşan iki layihənin açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon mərkəzindən 13 kilometr məsafədə yerləşən Ağyazı-Buduq kəndində mini futbol meydançası sakinlərin istifadəsinə verilib. Meydança bundan əvvəl həmin ərazidə mövcud olan stadionun yerində qurulub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri Karter Vilbur layihənin açılışı münasibətilə təşkil olunan mərasimdə sakinləri təbrik edib.
Digər layihə isə rayonun Qusarçay kəndində həyata keçirilib. Bu yaşayış məntəqəsində 150 ailənin elektrik təchizatının daha da yaxşılaşdırılması məqsədilə 1870 metr köhnə elektrik xətləri yeni SİP kabellərlə əvəzlənib, 54 yeni işıq dirəyi basdırılıb. Qusarçay kəndinin iki küçəsində yenilənən elektrik sistemindən 500-dən çox sakin yararlanacaq.
Qeyd olunan layihələrin icrası kəndlərdəki yerli icmaların ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən Azərbaycanda Sosial-İqtisadi İnkişaf (SEDA) təşkilatı ilə qarşılıqlı əməkdaşlığı nəticəsində mümkün olub.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazda_yerli_icmalarin_beynelxalq_teskilatlarla_birge_reallasdirdigi_iki_layihenin_achilisi_olub-901722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR