“Söz” adlı ədəbi layihənin təqdimatı keçiriləcək

“Söz” adlı ədəbi layihənin təqdimatı keçiriləcək
15:18 13 Noyabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 14-də Nizami Kino Mərkəzində “Söz” adlı ədəbi layihənin ilk təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir. Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.
Təqdimatda layihənin rəhbəri Nigar Həsənzadənin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin və xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin nümayəndələrinin çıxışı gözlənlir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Soz_adli_edebi_layihenin_teqdimati_kechirilecek-901728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR