"Kösəm Sultan"da balaca şahzadə edam olunacaq - video

"Kösəm Sultan"da balaca şahzadə edam olunacaq - video
15:21 13 Noyabr 2015
39 Şou
Ölkə mətbuatı
A- A+

Bir ildən çoxdur gözlənilən "Möhtəşəm yüz il: Kösəm Sultan" dünən Star TV-də başlayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serial gecə sosial mediada ən çox danışılan mövzu olub və bəzi reytinqlərdə birinci olub. Bir neçə şirkətin tərtib etdiyi reytinqdə isə "Kurtlar Vadisi Pusu" birinci, "Kösəm Sultan" isə ikincidir.

İlk seriyadan böyük izləyici kütləsi toplayan ekran işinin yaxın zamanda "Kurtlar Vadisi"ni bütün reytinqlərdə üstələyəcəyi proqnoz edilir.

Sosial mediada isə serialı sevərək izləyənlərdən əlavə tənqid edənlər, "Osmanlı tarixinə ləkə" kimi adlandıranlar da olub.

Bu gün isə artıq ikinci seriyanın treyleri yayılıb. Videoda taxt oyunları üçün balaca şahzadənin edam olunması barədə qərar verilib.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR