x
Loading...
.

Təhsil sahəsində kargüzarlıq işinin yüksək səviyyədə təşkili əsas məqsədlərdəndir

15:23 13 Noyabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+
.


Xaçmaz, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda “Yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusunda təşkil olunan seminar-müşavirə şimal bölgəsinin altı rayonunu əhatə edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Xaçmazdakı Tarix-Diyarşünaslıq Muzeyində keçirilən seminar-müşavirədə yerli idarəetmə qurumlarının kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışılıb.
İştirakçılara Təhsil Nazirliyində, eləcə də təhsil qurumlarında vətəndaşların qəbulunun təkmilləşdirilməsi, məlumatların ümumiləşdirilməsi, qəbula yazılma prosesin avtomatlaşdırılması, müşahidə edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, yeni yaradılan Qəbul Portalının iş prinsipi izah edilib. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda seminar-müşavirələrin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_sahesinde_karguzarliq_isinin_yuksek_seviyyede_teskili_esas_meqsedlerdendir-901730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR