Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
15:23 13 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı,13 noyabr, AZƏRTAC 
Noyabrın 13-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 117 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 134 kubmetr olub. Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin artdığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 453, Şirvanda 345, Salyanda 303, Bankədə 228, Novruzlu məntəqəsində isə 177 santimetrdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHaylarda_suyun_seviyyesi_artib-901732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR