Kiyevdə "Əl-Nüsrə Cəbhəsi" beynəlxalq terror təşkilatının liderlərindən biri həbs edilib

Kiyevdə "Əl-Nüsrə Cəbhəsi" beynəlxalq terror təşkilatının liderlərindən biri həbs edilib
15:52 13 Noyabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Beynəlxalq axtarışda olan "Əl-Nüsrə Cəbhəsi" beynəlxalq terror təşkilatının liderlərindən biri Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin tərəfindən həbs edilib.
"Report" UTX-nin saytına istinadən xəbər verir ki, sabiq SSRİ respublikalarından birinin vətəndaşı olan bu şəxs 2013-2014-cü illərdə Suriyadakı silahlı münaqişələrdə iştirak edib. 2015-ci ildə isə o, "Əl-Nüsrə Cəbhəsi" beynəlxalq terror təşkilatının ayrıca qoluna başçılıq edib.
Kiyevdə məhkəməsi olan terrorçu barəsində ekstradisiyalı həbs qətimkan tədbiri seçilib. Prokurorluq orqanları tərəfindən ekstradisiya prosesinə başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR