Millimiz Almaniya ilə üz-üzə gələcək (FOTO)

Millimiz Almaniya ilə üz-üzə gələcək (FOTO)
15:56 13 Noyabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşlı futbolçulardan ibarət milli komandamız 2017-ci ildə Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Almaniya millisi ilə qarşılaşacaq.

ANS PRESS-in məlumatına görə, Almaniya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Seçmə mərhələnin 7-ci qrupunda yer alan milli komandamız keçirdiyi 5 oyunun cəmi birində qələbə qazanıb. Beləki, seçmə mərhələnin 1-ci turunda yığma komandamız səfərdə Farer adaları ilə oyunda 1:0 hesabı ilə qalib gəlməyi bacarıb. Digər oyunlara gəlincə:

2-ci tur: Azərbaycan - Avstriya ( 0:2)
3-cü tur: Azərbaycan - Almaniya ( 0:3)
4-cü tur: Avstriya - Azərbaycan ( 7:0)
5-ci tur: Azərbaycan - Finlandiya ( 0:1)

Milli komandamız keçirdiyi 5 oyuna cəmi 3 xal toplamağı bacarıb və yığmamız 7-ci qrupun turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.


Bakıda baş tutan Azərbaycan - Almaniya oyunu

Almaniyaya gəlincə, bundestim 3 oyun keçirib ki, bu oyunların hamsında qələbə qazanmağı bacarıb. Almanların 3 oyunun hamsında qələbə qazanması və millimizin 5 oyunda cəmi 1 dəfə qələbəyə sevinməsi Almaniyanı cütün favoriti saymağa əsas verir. Üstəlik doğma meydan amili də bundestimin xeyrinədir.


7-ci qrupun turnir cədvəli

"Kontinental Arena"da baş tutacaq Almaniya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR