Faiq Ağayev ad günün ANS-də qeyd etdi (FOTO)

Faiq Ağayev ad günün ANS-də qeyd etdi (FOTO)
16:51 29 Dekabr 2014
392 Şou
Ölkə mətbuatı
A- A+

"Məni ən birinci gecə 02:15-də anam təbrik etdi. Çünki mən məhz bu vaxtda anadan olmuşam".
ANS PRESS-ə açıqlamasında bu sözləri "Günə Baxan" verilişinin bugünkü efirində doğum gününü qeyd edən Xalq artisti Faiq Ağayev deyib. O, bu gün saysız-hesabsız təbrik zəngləri və mesajları aldığını bildirib.

""Facebook" və "İnstagram" səhifələrimdə pərəstişkarımdan o qədər təbrik mesajları almışam ki, fiziki cəhətdən gücüm çatmır cavab verməyə. Sadəcə "like" etmişəm. Amma hamıya ayrı-ayrılıqda təşəkkürümü bildirirəm".

43 yaşını qeyd edən müğənni yaşımı gizlətməyin heç bir mənası olmadığını deyir. Onun sözlərinə görə, hər yeni il sənədə yeni manılar etmək, yaşam, sevinmək imkanı verir.
Xalq artisti dostlarının ona sürpriz etdiyini deyib.

Xalq artisti gələn il üçün olan planlarından da söz açıb. O, bildirib ki, üzümüzə gələn il üçün yeni mahnılar ifa etməyi və mart ayında konsert proqramı ilə çıxış etməyi planlaşdırır.

Qeyd edək ki, "Günə Baxan verilişində "Qızıl Şlager"ə möhtəşəm doğum günü keçirilib. Elə efirdəcə o, balaca pərəstişkarı ilə tortunu kəsib, ilk tikəni də elə balaca qızcığaza verib.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=316908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR