“Bakcell” Türkiyənin “Digiturk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb

“Bakcell” Türkiyənin “Digiturk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb
16:13 13 Noyabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan “Digiturk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Digiturk” ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində “Bakcell müştəriləri üçün geniş çeşidli TV , xüsusilə futbol azarkeşləri üçün LİG TV kanalını təqdim edəcək.
Bu tərəfdaşlığın bir hissəsi kimi, “Qoş və Coş” xidməti çərçivəsində əyləncəli xidmətlər paketi verilir. Bu paketdə abunəçilər gələcəkdə maraqlı video təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar. Hazırda “Bakcell” abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə “Digiturk” şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.
“Biz Türkiyənin ilk və ən böyük rəqəmsal platforması olan “Digiturk”lə tərəfdaşlıqdan məmnunuq. Canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlər Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilir”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
“Digiturk” şirkətinin baş icraçı direktoru Ertan Özerdem: “Digiturk olaraq, biz Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə, informasiya texnologiyaları sektorunda nüfuzlu brendə sahib olan “Bakcell” şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və “Digiturk”ün 100-dən çox müxtəlif kanallarının yayımını əhatə edir”.
“Digiturk” Mobil TV tətbiqetməsindən həm iOS, həm də “Android” platformasından istifadə edən “Bakcell” abunəçiləri yararlana bilərlər. Həmçinin, təqdim olunan link vasitəsi ilə abunəçilər kanalları fərdi kompyuter və noutbuklarında internet üzərindən izləyə bilərlər: http://www.digiturkplay.com/
Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir.
 





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakcell_Turkiyenin_Digiturk_sirketi_ile_yeni_terefdasliga_baslayib-901761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR