FİFA Etika Komitəsi qurumun vitse-prezidentini cərimələyib

FİFA Etika Komitəsi qurumun vitse-prezidentini cərimələyib
16:27 13 Noyabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyasının (FİFA) Etika Komitəsi qurumun vitse-prezidenti, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) birinci vitse-prezidenti Anxel Mariya Vilyarı cərimələyib və ona xəbərdarlıq edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti verib.
Qeyd edək ki, Vilyar ilk əvvəl 2018-ci ildə Rusiya və 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi ilə bağlı araşdırmaya yardım etməyəcəyini söyləmişdi, ancaq sonradan mövqeyini dəyişmişdi. İspaniyalı futbol funksionerinin 25 min İsveçrə frankı məbləğində cərimələndiyini də qeyd edək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR