Almaniyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq

Almaniyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq
16:42 13 Noyabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfirliyində Almaniyanın keçmiş kansleri Helmut Şmidtin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq.
Bakıdakı diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, kitab noyabrın 16-17-də saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək açıq olacaq.
Qeyd edək ki, Almaniyanın sayca beşinci keçmiş kansleri, 1974-cü ildən 1982-ci ilə qədər hakimiyyətdə olan Helmut Şmidt noyabrın 10-da 97 yaşında Hamburqda dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/almaniyanin-bakidaki-sefirliyinde-bassagligi-kitabi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR