MDB ölkələrinin ATƏT-də əməkdaşlığı haqqında məsləhətləşmələr aparılıb

MDB ölkələrinin ATƏT-də əməkdaşlığı haqqında məsləhətləşmələr aparılıb
16:43 13 Noyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 13 noyabr, AZƏRTAC
MDB çərçivəsində xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planına uyğun olaraq noyabrın 12-də “MDB iştirakçısı olan dövlətlərin ATƏT-də əməkdaşlığı haqqında” mövzusunda məsləhətləşmələr aparılıb.
Təşkilatın Minskdəki qərargahından AZƏRTAC-a verilən məlumata görə, məsləhətləşmələrin iştirakçıları bu il dekabrın 3-4-də Belqrad şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Nazirlərin başçılıq etdiyi nümayəndə heyətlərinin çıxışları ardıcıllığının ATƏT XİNŞ prosedurlarında təsbit edilməsinin vacibliyi təsdiqlənib.
ATƏT XİNŞ-in iclasında prioritet məsələlər müəyyən edilib, təşkilatın fəaliyyətinin bütün istiqamətləri üzrə MDB iştirakçısı olan dövlətlərin mövqeləri nəzərə alınmaqla onların mənafelərinə cavab verən tarazlaşdırılmış qərarlar paketi qəbul edilməsinin zəruriliyi vurğulanıb. Bununla əlaqədar qərarlarda təhlükəsizlik və iqtisadi-ekoloji məsələlərə daha artıq diqqət yetirməyin, əyintilərə yol verməməyin vacibliyi qeyd edilib.
Çernobıl Atom Elektrik Stansiyasında qəzanın 30-cu ildönümü ilə əlaqədar, Belarus ATƏT-in Nazirlər Bəyannaməsinin layihəsini təqdim edib və tərəfdaşlara müraciətlə Belqradda bu sənədin qəbul edilməsini dəstəkləmələrini xahiş edib.
Rusiya ATƏT məkanında ifadə azadlığı və KİV-lərin plüralizmi barədə ATƏT XİNŞ-in qərarının əvvəl təklif edilən layihəsinə diqqəti cəlb edib və bu layihənin dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.
ATƏT-də cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Bütövlükdə ATƏT-in gündəliyinə birləşdirici mövzular əlavə etməyin ümumi maraqlara uyğun olması vurğulanıb.
Zeynal Ağazadə
AZƏRTAC—ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MDB_olkelerinin_ATAT_de_emekdasligi_haqqinda_meslehetlesmeler_aparilib-901784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR