Boşanmaqda olan aparıcı ilə ərindən gözlənilməz qərar

Boşanmaqda olan aparıcı ilə ərindən gözlənilməz qərar
16:46 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Aparıcı İkbal Gürpınar boşanma ərəfəsində olduğu əri Emre Ermişə qarşı qaldırdığı 600 min lirəlik (təxminən 220 min manat) təzminat iddiasını geri götürüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqalla başlayan məhkəmə prosesi cütlüyün qarşılıqlı razılığı əsasında davam edir. Tərəflər arasında imzalanmış protokola görə, bir-birlərindən hər hansı təzminat iddiası irəli sürməyəcəklər. Yalnız ev əşyaları cütlük arasında paylaşılıb.

Xatırladaq ki, İkbal Gürpınar “Kəbə yolları” verilişinin çəkilişləri zamanı əri Emre Ermiş tərəfindən döyüldüyünü iddia edirdi. E.Ermiş isə deyilənlərin əksinə, İ.Gürpınarın onu sinəsinə qayçı dirəyərək ölümlə hədələdiyini bildirmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR