Sabahın hava PROQNOZu

Sabahın hava PROQNOZu
16:47 13 Noyabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Gecə 6-9°, gündüz 9-11° isti olacaq.

Noyabrın 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, ayın 14-də güclü xəzri küləyinin 15-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 10-15° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə güclü olacaq. Gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə sulu qar, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi bəzi yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-10° isti, gündüz 11-15° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/382222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR