Sumqayıtda ağac əkmə aksiyası keçirilib

Sumqayıtda ağac əkmə aksiyası keçirilib
16:54 13 Noyabr 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azəri Gənclər Alyansı İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər yaşıl həyat naminə” mövzusunda həyata keçirilən layihə çərçivəsində noyabrın 5-dən 7-dək Sumqayıt şəhərində 50-dən çox fəal gənclər üçün seminar keçirilib, noyabrın 12-də isə gənclər tərəfindən Sumqayıtda ağac əkmə aksiyası təşkil edilib.

 

Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə iştirakçıları tərəfindən  nar ağacları əkilib. Aksiya Ə.Əliyev adına Sumqayıt Tibb kollecinin həyətində baş tutub. Ağac əkmə mərasimində 30-dan çox Sumqayıtlı gənc fəal iştirak edib. Sumqayıt Tibb Kollecinin direktoru Eyvazov Rafayıl Sumqayıt şəhərinin yaşıllaşdırılmasına xüsusi önəm verildiyini və bu aksiyada xüsusi fəallıq göstərən kollecin tələbələri ilə fəxr etdiyini qeyd edib. Layihə ekspertləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları Vüsal İbrahimli, Elmir Musayev və Sumqayıt şəhər İcra hakimiyyətinin Gənclər idarəsinin nümayəndəsi Ceyhun Hüseynov bu tipli maarifləndirici layihələrin davamlı olmasını vacibliyini vurğulayıb .

 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR