Tarix fənni üzrə test tapşırıqlarının təhlili davam etdirilir

Tarix fənni üzrə test tapşırıqlarının təhlili davam etdirilir
17:18 13 Noyabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Tarix fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş müvafiq test tapşırıqları elmi-metodik baxımdan müzakirə olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, seminarda test tapşırıqları (A variantı, 61-75 saylı, B variantı, 54, 57-60, 63-65, 67, 70-75 saylı) imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.
Üçüncü ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında tarix fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodik baxımdan təhlili başa çatıb. Abituriyentlərin cavab verməyə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalında dərc ediləcək.
Noyabrın 19-da yeni test tapşırığı nümunələrinin elmi-metodiki baxımdan təhlili aparılacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarix_fenni_uzre_test_tapsiriqlarinin_tehlili_davam_etdirilir-901797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR