Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi ilə bağlı roudşouya start verilib

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi ilə bağlı roudşouya start verilib
17:18 13 Noyabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədilə Kazaxıstanın KZT Express təşkilatı tərəfindən təşkil olunan roudşouya start verilib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı QSC-nin baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev və limanın istismar xidməti müdirinin icraçı assitenti Alvin Çen Çin Xalq Respublikasının Çonqçin vilayətində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər.
Tədbirdə Qazaxıstanın “Qazaxıstan Dəmir Yolları” SC, KZT Express və Aktau Limanı, Gürcüstanın TransQafqaz Terminalları və Batumi Limanı, Çinin Lian Yun Limanı, Minşenq Logistika və Çonçinq Logistika Parkı da təmsil olunub.
Tədbir çərçivəsində Bakı Limanının nümayəndə heyəti həmçinin Çonqçin Logistika Parkına səfər edib, Parkın məsul komandası ilə görüşüb, onlara Bakı Limanı haqqında təqdimat keçiriblər. Görüş çərçivəsində Çonqçin Logistika Parkı və Bakı Limanı arasında gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Bundan başqa, nümayəndə heyəti Çinin böyük logistika mərkəzi olan Minşenqə səfər etmiş, mərkəzin iş prinsipləri ilə yaxından tanış olmuş və təcrübə mübadiləsi ediblər.
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədilə KZT Express tərəfindən təşkil olunan roudşou noyabrın 27-nə kimi Ukraynanın Kiev, Türkiyənin İstanbul və Litvanın Klaypeda şəhərlərində keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülməkdədir. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Transxezer_Neqliyyat_Marsrutunun_inkisaf_etdirilmesi_ile_bagli_roudsouya_start_verilib-901794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR