Bakı-Sumqayıt elektrik qatarının 100000-ci sərnişini

Bakı-Sumqayıt elektrik qatarının 100000-ci sərnişini
17:21 13 Noyabr 2015
35 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən 100000-ci sərnişin bəlli olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, biletin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Tacan Kərimlidir. “Azərbaycan Dəmir Yolları” QSC Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov T.Kərimlini 100000-ci sərnişin olması münasibətilə Cəmiyyət rəhbərliyi adından təbrik etdi, ona biznes-klass vaqonunda 1 ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim etdi.

Sonra T.Kərimli KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayəti ilə biznes-klass vaqonunda yerini tutdu.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bildirir ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

Qeyd edək ki, sentyabrın 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. "Stadler Rail Group" şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR