“Xosrov Cəfərov” və “Hövsan” güləş komandaları “Gələcəyin Olimpiyaçıları” yarışının finalına yüksəliblər

“Xosrov Cəfərov” və “Hövsan” güləş komandaları “Gələcəyin Olimpiyaçıları” yarışının finalına yüksəliblər
17:28 13 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC 
Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında “Gələcəyin Olimpiyaçıları” komanda yarışı davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 10 komanda mübarizə aparır. “Pirallahı”, “Olimp”, “Göyçay”, “Şahin”, “Xosrov Cəfərov” komandaları “A”, “Bakı”, “Sumqayıt”, “Cəngi”, “Hövsan” və “Həyat” komandaları isə “B” qrupunda yarışıb.
Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan “Xosrov Cəfərov” və “Hövsan” komandaları yarışın finalına vəsiqə qazanıblar. Bürünc medal uğrunda görüşdə Göyçay təmsilçiləri “Cəngi” komandası ilə qarşılaşacaq.
“Olimp” komandası Sumqayıt güləşçiləri ilə beşinci, “Pirallahı” isə “Bakı” ilə yeddinci yer uğrunda görüşə çıxacaq. Doqquzuncu yer uğrunda görüşdə isə “Şahin” və “Həyat” komandaları qarşılaşacaq.
Yarışda ilk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək.
Yarış Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xosrov_Ceferov_ve_Hovsan_gules_komandalari_Geleceyin_Olimpiyachilari_yarisinin_finalina_yukselibler-901804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR