Təhlükəsizlik sahəsində əməkdaşlığı tənzimləyən sənədlər razılaşdırılıb

Təhlükəsizlik sahəsində əməkdaşlığı tənzimləyən sənədlər razılaşdırılıb
17:43 13 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 13 noyabr, AZƏRTAC
Noyabrın 12-13-də Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində təhlükəsizlik sahəsində mütəxəssislər hazırlanması sahəsində əməkdaşlığa dair sənədlərin layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçirilib.
Təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC- a verilən məlumata görə, iclas iştirakçıları Birlik dövlətlərinin hərbi metrologiya və silahlı qüvvələrin metroloji təminatı problemlərinin tədqiqatı sahəsində baza təşkilatı barədə qərarın, habelə ərazilərin minalardan təmizlənməsi sahəsində silahlı qüvvələr üçün mütəxəssislər hazırlığı üzrə MDB ölkələrinin baza təşkilatı haqqında qərarın layihələrini ekspertlər səviyyəsində razılaşdırıblar.
İcraiyyə Komitəsinə təklif edilib ki, ekspert qrupunun iclasının materialları MDB iştirakçısı olan dövlətlərə və Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının Katibliyinə göndərilsin.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR