Gürcüstan mədəniyyət xadimlərinə fəxri doktor adları verilib

Gürcüstan mədəniyyət xadimlərinə fəxri doktor adları verilib
17:48 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində Gürcüstan mədəniyyət xadimlərinə ADRA-nın fəxri doktoru adı verilməsinə həsr edilmiş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri ADRA-nın rektoru akademik Ömər Eldarov açıb. O qeyd edib ki, Gürcüstan zəngin mədəniyyətə və qədim ənənələrə malik ölkədir. Ö.Eldarov bu ölkənin mədəniyyət müəssisələrinin işini yüksək qiymətləndirərək vurğulayıb ki, Azərbaycanla Gürcüstanı çoxillik dostluq münasibətləri və mədəniyyət sahəsində möhkəm əlaqələr birləşdirir. Rektor tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ADRA gürcü rəssamlarla birlikdə bir sıra layihələri uğurla həyata keçirib.
Sonra Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Georgi Ququşviliyə, Gürcüstan Milli İncəsənət Muzeyinin direktoru, professor David Lordkipanidzeyə və Gürcüstandakı “XXI əsrin mədəniyyətlərarası dialoqu” Assosiasiyasının prezidenti Valeri Asatianiyə ADRA-nın fəxri doktoru adı verilməsi barədə sənədlər təqdim edilib.
Gürcüstan mədəniyyət xadimləri onlara göstərilən yüksək şərəfə görə minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, müxtəlif istiqamətlər üzrə gözəl mütəxəssislər hazırlayan ADRA Azərbaycanın mədəni həyatında böyük rol oynayır.
Sonra gürcü qonaqlar ADRA-nın muzey-sərgi kompleksi və binası ilə tanış olublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR