Prezident səfirin diplomatik rütbəsini əlindən aldı

Prezident səfirin diplomatik rütbəsini əlindən aldı
17:56 13 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycanın səfiri barədə sərəncam verib. ANS PRESS-in məlumatına görə, sərəncam “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən verilib. Sərəncamda deyilir:

"Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin".

A.Məmmədov 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olub.

Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.

Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Daha sonra Arif Məmmədov Norveçdən sığınacaq istəyib. Sabiq diplomat Arif Məmmədovun korrupsiya əməlləri ilə bağlı məlumatlar ortaya çıxmışdı. Onun haqqında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.


Arif Məmmədov

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bir neçə ay öncə açıqlama verərək A.Məmmədovun titullarının əlindən alınmalı olduğunu demişdi. "Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır. O deyir ki, "3 gün Azərbaycanda qaldım, mən qocaldım". 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər”.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR