​Kamran Ağayev: "Milliyə çağırılmısansa, əlindən gələni etməlisən"

​Kamran Ağayev: "Milliyə çağırılmısansa, əlindən gələni etməlisən"
17:57 13 Noyabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ "Artıq 2-3 gündür milliyə dəvət olunmuşuq. Heyətə kimin cəlb olunması fərq etmir. Yenə həminki əhval-ruhiyyədəyik". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.
Noyabrın 17-də Moldova yığması ilə keçiriləcək yoldaşlıq görüşü haqda danışan təcrübəli qolkiper bildirib ki, hər kəs millinin heyətinə özünü göstərməyə, yoxlanmağa gəlir: "Əsası odur ki, bu, milli komandanın oyunudur və əlimizdən gələni edirik".
29 yaşlı qapıçı Moldova ilə keçiriləcək yoldaşlıq oyununa adi görüş kimi baxmadıqlaırnı deyib: "Çünki belə oyunda baş məşqçi sənin nəyə qadir olduğunu, necə hazırlaşdığını görməlidir. Millidə adi oyun olmur və bütün görüşlərin reytinqə təsiri var. Bunu da bütün futbolçular yaxşı bilir. Milliyə çağırılmısansa, əlindən gələni etməlisən".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/kamran-agayev-milliye-cagirilmisansa-elinden-geleni-etmelisen

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR