Bakı Limanı Çində keçirilən beynəlxalq tədbirdə təmsil olundu (FOTO)

Bakı Limanı Çində keçirilən beynəlxalq tədbirdə təmsil olundu (FOTO)
18:03 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev və Limanın İstismar Xidməti müdirinin icraçı assitenti Alvin Çen Çin Xalq Respublikasının Çonqçin vilayətində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər.

QSC-dən Trend-ə verilən məlumata görə, adıçəkilən tədbir Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədilə KZT Express-in Ukraynanın Kiyev, Türkiyənin İstanbul və Litvanın Klaypeda şəhərlərində 7-27 noyabr tarixlərində təşkil edəcəyi roudşounun başlanğıc nöqtəsidir. Tədbirdə Qazaxıstanın “Qazaxıstan Dəmir Yolları” SC, KZT Express və Aktau Limanı, Gürcüstanın TransQafqaz Terminalları və Batumi Limanı, Çinin Lian Yun Limanı, Minşenq Logistika və Çonçinq Logistika Parkı da təmsil olunub.

Tədbir çərçivəsində Bakı Limanının nümayəndə heyəti, həmçinin Çonqçin Logistika Parkına səfər edib, Parkın məsul komandası ilə görüşmüş, onlara Bakı Limanı haqqında təqdimat keçirib. Görüş çərçivəsində Çonqçin Logistika Parkı və Bakı Limanı arasında gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Bundan başqa, nümayəndə heyəti Çinin böyük logistika mərkəzi olan Minşenqə səfər edib, mərkəzin iş prinsipləri ilə yaxından tanış olmuş və təcrübə mübadiləsi ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülməkdədir. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2456176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR