Kikboksçularımız Hollandiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Kikboksçularımız Hollandiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
18:03 13 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC 
Azərbaycan kikboksçuları Xəyal Əhmədov (81 kq) və Nicat Nəcəfzadə (51 kq) noyabrın 28-də Hollandiyanın Eindhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kikboksinq Federasiyasından bildiriblər.
İdmançılara rəhbərlik edəcək “Caspian” kikboksinq klubunun direktoru Aydın Nəcəfzadənin sözlərinə görə, təmsilçilərimiz peşəkar kikboksinq üzrə reytinq döyüşlərində mübarizə aparacaqlar.
On beşə yaxın ölkədən idmançıların iştirak edəcəyin beynəlxalq turnirin təşkilatçısı “A1 World Combat Cup”dır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kikbokschularimiz_Hollandiyada_beynelxalq_turnirde_quvvelerini_sinayacaqlar-901835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR